...

Banqladeşin sabiq prezidenti vəfat edib

Dünya xəbərləri Materials 14 İyul 2019 19:55 (UTC +04:00)
Banqladeşin sabiq prezidenti (1982-1990) Hesüyn Məhəmməd Erşad 90 yaşında vəfat edib
Banqladeşin sabiq prezidenti vəfat edib

Bakı. Trend:

Banqladeşin sabiq prezidenti (1982-1990) Hesüyn Məhəmməd Erşad 90 yaşında vəfat edib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə sabiq prezidentin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, M.Erşadın ölümünə səbəb səhhətindəki problemlər olub:

"O, bu gün səhər saatlarında dünyasını dəyişib".

Agentliyin məlumatına əsasən, son 10 gün ərzində siyasətçi xüsusi aparat sayəsində yaşayırmış.

Qeyd edək ki, M.Erşad 1993-cü ildə Banqladeş prezidenti olub, 1990-cı ilin dekabr ayında isə istefaya gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti