...

“British Airways” Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib

Dünya xəbərləri Materials 21 İyul 2019 04:02 (UTC +04:00)
“British Airways” aviaşirkəti Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib
“British Airways” Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib

Bakı. Trend:

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib.

Trend-in məlumatına görə, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.

“Biz bütün dünyadakı hava limanlarımızda təhlükəsizlik tədbirlərini daim gözdən keçiririk. Bu səbəbdən də qiymətləndirmə aparmaq məqsədi ilə təhlükəsizlik tədbirləri qismində yeddi gün müddətinə Qahirəyə uçuşları dayandırırıq”, - deyə “British Airways”in bəyanatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti