...

Əfqanıstanın paytaxtında partlayış olub, yaralananlar var

Dünya xəbərləri Materials 27 İyul 2019 19:19 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, şəhərin mərkəzi küçələrindən birində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti