Bakı. Trend:
Avqustun 25-də Kolumbiyanın qərbində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Quapi şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 69,5 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.