Bakı. Elnur Bağışov - Trend:
İranın şimal-şərqində, Məşhəd-Nişapur magistralında avtobus aşıb.
Trend-in məlumatına görə, Məşhəd Tibb Elmləri Universitetinin idarə rəhbəri Məhəmməd Əlişahi deyib ki, yol qəzasında yaralananlardan 49-u xəstəxanaya yerləşdirilib, 4 nəfərə isə ambulator yardım göstərilib.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "Peugeot" avtomobilinin hərəkətə əks istiqamətdə gəlməsi olub.
Avtobus minik avtomobili ilə toqquşduqdan sonra sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.