Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Kamçatkanı ölkənin ən gözəl yeri adlandırıb.
Trend-in məlumatına görə, rusiyalı lider dünyada Kamçatkadan gözəl başqa bir yer görmədiyini deyib.
V.Putin yarımadanı hətta "brilliant" adlandırıb.
Qeyd edək ki, soyuq iqlimə malik Kamçatka yarımadası Rusiyanın şərqində yerləşir. Komandor adaları və Karagin adası ilə birlikdə Kamçatka diyarını təşkil edir. Ən böyük şəhəri balıqçılıq limanı olan Petropavlovsk-Kamçatskdır.