...

Moon bu ayın sonu Trampla görüşməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Sentyabr 2019 08:24 (UTC +04:00)
Koreya Respublikasının Prezidenti Moon Jae-in sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Donald Tramp ilə görüş keçirməyi planlaşdırır
Moon bu ayın sonu Trampla görüşməyi planlaşdırır

Bakı. Trend:

Koreya Respublikasının Prezidenti Moon Jae-in sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Donald Trump ilə görüş keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Koh Min Jung açıqlama verib: "Razılaşma mövcuddur ki, ikitərəfli görüş sentyabrın 22-də və 26-da Baş Assambleyada keçirilsin

Qeyd edək ki, Cənubi Koreya Prezidenti sentyabrın 24-də BMT-in sessiyasında çıxış etməyi planlaşdırır. Bundan əlavə, onun BMT-in baş katibi olan Antoniu Quterreş və digər ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti