...

İçdikləri sudan bəlaya düşdülər - 215 nəfər yatalağa tutuldu

Dünya xəbərləri Materials 2 Oktyabr 2019 10:19 (UTC +04:00)
Sudanda yatalaq kəskin şəkildə yayılıb.
İçdikləri sudan bəlaya düşdülər - 215 nəfər yatalağa tutuldu

Bakı. Trend:

Sudanda yatalaq kəskin şəkildə yayılıb. Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı narahatlığını bildirib.

Belə ki, ÜST-in rəsmi nümayəndəsi Tarik Yazareviç Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, sentyabrın 8-dən bu günə qədər 215 nəfər yatalağa yoluxub. 8 nəfərin isə artıq bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Rəsmi nümayəndə Sudana ÜST ekspertlərinin yola düşdüyünü də qeyd edib. Ezam olunmuş təşkilat ekspertləri Sudanda su mənbələrinin monitorinq edilməsini həyata keçirəcək və tibb müəssisələrində xəstəliyin müalicəsinin aparılmasına nəzarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti