...

Maskalı hərbçilər "Al Hadath" televiziya kanalın Bağdaddakı bürosuna hücum ediblər

Dünya xəbərləri Materials 6 Oktyabr 2019 01:22 (UTC +04:00)
Naməlum maskalı silahlılar şənbə axşamı Bağdaddakı "Al Hadath" televiziya kanalına hücum ediblər
Maskalı hərbçilər "Al Hadath" televiziya kanalın Bağdaddakı bürosuna hücum ediblər

Bakı, Trend:

Naməlum maskalı silahlılar şənbə axşamı Bağdaddakı "Al Hadath" televiziya kanalına hücum ediblər.

Trend-in məlumatına görə, bu məlumatı İraqın paytaxtında olan televiziya kanalının müxbiri Məcid Həmid canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, silahlı hücum nəticəsində işçilər arasında zərərçəkənlər var. "Həmkarlarımdan biri başına dəyən zərbə nəticəsində ağır yaralanın" deyə o bildirib. O qeyd edib ki, İraqın Baş nazirinin ofisi hücumla bağlı araşdırma aparıldığını təsdiqləyib.

"Al Hadath" televiziya kanalı Bağdad və İraqın digər şəhərlərində oktyabrın birindən başlayan hökumət əleyhinə iğtişaşların təfərrüatlarını gündəlik şəkildə işıqlandırırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti