...

Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2019 08:21 (UTC +04:00)
Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb
Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Bakı. Trend:

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 189 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşmüş sayılır. Bildirilir ki, həlak olanların sayı arta bilər.

Məlumata əsasən, ölkədə təxminən 136 min evə suyun verilməsində, 4,3 min evə isə elektrik enerjisinin verilməsində problemlər müşahidə olunur.

Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti