...

ABŞ-da məktəbdə bomba partlayıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2019 03:39 (UTC +04:00)
Oktyabrın 15-də Elena (Montana ştatı, ABŞ) şəhərindəki ibtidai məktəbdə əldəqayırma partlayıcı qurğu işə düşüb
ABŞ-da məktəbdə bomba partlayıb

Bakı. Trend:

Oktyabrın 15-də Elena (Montana ştatı, ABŞ) şəhərindəki ibtidai məktəbdə əldəqayırma partlayıcı qurğu işə düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata əsasən, partlayıcı qurğu bu gün səhər Rossiter adlı ibtidai sinfin meydançasında tapılıb:

"Tez bir zamanda qurğu partlayıb. Yaralanan olmayıb".

Hadisə yerinə Federal Təhqiqat Bürosunun və Montana Post Patrul Xidmətinin əməkdaşları gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti