...

Atlantikdə "Olga" və "Pablo" tropik fırtınaları meydana gəlib

Dünya xəbərləri Materials 26 Oktyabr 2019 05:39 (UTC +04:00)

Bakı, Trend:

Meksika körfəzində "Olga" adı verilən bir tropik fırtına meydana gəlib.

Trend-in məlumatına görə, fırtına şimali-şərq istigamətində hərəkət edir.

Sinoptiklərin məlumatına görə, küləyin maksimal sürəti saatda 64,3 kilometrə çatıb. Fırtınanın sürəti isə saatda 28,9 kilometrdır. Mütəxəssislərin fikrincə, fırtına şənbə günü ABŞ-ın cənub-şərq sahilinə çatacaq.

Bundan əlavə, Atlantikanın şimal-şərqində Portuqaliyanın Azor adaları yaxınlığında "Pablo" adlı tropik fırtına yaranlb. Küləyin sürəti saatda 72,4 kilometrə, fırtınanın sürəti isə saatda 16 kilometrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti