...

Sofi Vilmes Belçikanın baş naziri təyin edildi

Dünya xəbərləri Materials 27 Oktyabr 2019 22:02 (UTC +04:00)
Belçikalı siyasətçi Sofi Vilmes krallığın Baş nazirinin səlahiyyətlərini icra edəcək
Sofi Vilmes Belçikanın baş naziri təyin edildi

Bakı, Trend:

Belçikalı siyasətçi Sofi Vilmes krallığın Baş nazirinin səlahiyyətlərini icra edəcək.

Trend-in bazar günü TASS-a istinadən verdiyi məlumata görə, müvafiq açıqlama bazar günü kral sarayının Twitter-dəki səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Sofi Vilmes Belçika hökumətinin başçısı rolunda olan ilk qadın olub. Daha əvvəl 44 yaşlı Sofi Vilmes Belçikanın maliyyə naziri vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti