...

Nyu-Cersidə təyyarə yaşayış evinin üzərinə düşüb

Dünya xəbərləri Materials 30 Oktyabr 2019 03:19 (UTC +04:00)
ABŞ-ın Nyu-Cersi ştatında Vudbric Taunşip şəhərində "Cessna 414" təyyarəsi qəzaya uğrayıb
Nyu-Cersidə təyyarə yaşayış evinin üzərinə düşüb

Bakı. Trend:

ABŞ-ın Nyu-Cersi ştatında Vudbric Taunşip şəhərində "Cessna 414" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə yaşayış evinin üzərinə düşüb və bunun nəticəsində evdə yanğın baş verib.

"CBS" telekanalının məlumatına əsasən, Linden hava limanına gedən təyyarənin göyərtəsində yalnız bir pilot olub. Onun taleyi hələ məlum deyil. Təyyarə düşən zaman ​​evdə heç kim olmayıb.

Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri araşdırma aparmaq üçün qəza yerinə gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti