...

İraqda İran konsulluğuna hücum - Ölənlər var

Dünya xəbərləri Materials 4 Noyabr 2019 14:15 (UTC +04:00)
İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı Kərbəla şəhərində İran konsulluğuna hücum olub
İraqda İran konsulluğuna hücum - Ölənlər var

Bakı. Trend:

İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı Kərbəla şəhərində İran konsulluğuna hücum baş olub.

Trend-in məlumatına görə, hücumun qarşısı alınarkən 5 nəfər həlak olub.

Çoxlu sayda yaralıların olduğu deyilir. Qeyd olunur ki, etirazçılar konsulluğun qapısını yandırıb, bundan sonra diplomatik missiyanın mühafizə xidməti ilə toqquşma başlayıb.

Bəzi şahidlər konsulluq binasına İran bayrağının İraq bayrağı ilə dəyişdirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti