...

Ukraynada silah anbarı partladı - Ölənlər var

Dünya xəbərləri Materials 15 Noyabr 2019 19:16 (UTC +04:00)
Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib
Ukraynada silah anbarı partladı - Ölənlər var

Bakı. Trend:

Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub.

Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib.

Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.

Partlayışın səbəbi ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti