...

İraqın cənubunda toqquşmalarda 47 polis xəsarət alıb

Dünya xəbərləri Materials 28 Noyabr 2019 17:06 (UTC +04:00)
İraqın Nəcəf şəhərində polislər və etirazçılar arasında toqquşmalar baş verib
İraqın cənubunda toqquşmalarda 47 polis xəsarət alıb

Bakı. Trend:

İraqın Nəcəf şəhərində polislər və etirazçılar arasında toqquşmalar baş verib.

Trend-in məlumatına görə, bunu "Al-Arabiya" telekanalına Nəcəf əyalətinin qubernatoru Luay əl-Yasiri deyib.

L.əl-Yasiri bildirib: "İran konsulluğunda bşa verən hadisələr zamanı Nəfər şəhərinin 47 polis əməkdaşı xəsarət alıb".

Qubernator vurğulayıb ki, hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti