...

İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb

Dünya xəbərləri Materials 12 Dekabr 2019 07:45 (UTC +04:00)
Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar
İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb

Bakı. Trend:

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.

Peru hökuməti böyük partiya narkotik maddənin daşınmasının arxasında hansı cinayət qruplaşmasının dəyandığını bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti