...

ABŞ laynerlərinə Hörmüz boğazının üzərindən uçuşlar qadağan edildi

Dünya xəbərləri Materials 17 Dekabr 2019 07:27 (UTC +04:00)
ABŞ-ın Federal Mülkü Aviasiya İdarəsi İranın nəzarətində olan Hörmüz boğazı və Oman körfəzi üzərlərində amerikan laynerlərin uçuşuna qadağa qoyan fövqəladə qərar bəyan edib
ABŞ laynerlərinə Hörmüz boğazının üzərindən uçuşlar qadağan edildi

Bakı. Trend:

ABŞ-ın Federal Mülkü Aviasiya İdarəsi İranın nəzarətində olan Hörmüz boğazı və Oman körfəzi üzərlərində amerikan laynerlərin uçuşuna qadağa qoyan fövqəladə qərar bəyan edib.

Trend-in məlumatına görə, "FMAİ" bölgədə artan gərginlik və mülki aviasiya hava marşrutlarının yaxınlığında hərbi fəallıqla əlaqədər narahatçılığını bildirib.

Daha əvvəl ABŞ-ın "United Airlines" aviaşirkəti Nyuark (Nyu-Cersi, ABŞ) ilə Hindistanın Mumbai şəhəri arasında İran üzərindən uçuşları dayandırmışdı.

Qeyd edək ki, İngiltərənin "British Airways" və Səudiyyə Ərəbistanın "Saudi Arabian Airlines" şırkətləridə Hörmüz boğazı və Oman körfəzi əraziləri üzərində uçuşları dəyandırıblar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu, 14 dekabrda Amerikanın pilotsuz təyyarəsini İranın cənubundakı Hormozqan vilayətinin üstündə vurduğunu bəyan etmişdir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Bil Urban daha sonra cihazın Hörmüz Boğazı üzərində beynəlxalq hava məkanında vurulduğunu təsdiqləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti