...

Xorvatiyada prezident seçkiləri keçirilir

Dünya xəbərləri Materials 22 Dekabr 2019 14:28 (UTC +04:00)
Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir
Xorvatiyada prezident seçkiləri keçirilir

Bakı. Trend:

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir. Ölkədə yerli vaxtla saat 07:00-da 6545 seçki məntəqəsi açılıb.

Trend-in məlumatına görə, ölkənin 3,85 milyon vətəndaşı seçki hüququna malikdir. Eyni zamanda, xaricdə yaşayan 177 min vətəndaş səs verə bilər. Prezident 5 il müddətinə seçilir. Xorvatiyanın əhalisi 4,1 milyon nəfərdir.

Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviç, sabiq Baş Nazir Zoran Milanoviç və musiqiçi Miroslav Şkoro favoritlər arasındadır. Namizədlərdən heç biri 50 faizdən çox səs yığmasa, 14 gündən sonra seçkilərin ikinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti