Bakı. Trend:
Türkiyənin Muğla vilayətinin sahillərində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.
Trend-in məlumatına görə, gəminin göyərtəsində 31 qanunsuz miqrant olub.
Miqrantlar Bodrum rayonunda sahil mühafizəçisi tərəfindən saxlanılıb.
Onların hamısı Suriya, Cənubi Afrika və İraqdan olan gəlmələrdir.