...

Boliviya polisi Meksika səfirliyində sığınacaq alan eks-nazirlərin təhvil verilməsini istəyir

Dünya xəbərləri Materials 25 Dekabr 2019 06:25 (UTC +04:00)
Boliviyanın La-Pasa polisinın başçısı Uilyam Kordero, Meksika hökumətindən ölkəsindəki səfirliyində sığınacaq alan eks-nazirlərini təhvil verilməsini istəyir
Boliviya polisi Meksika səfirliyində sığınacaq alan eks-nazirlərin təhvil verilməsini istəyir

Bakı. Trend:

Boliviyanın La-Pasa polisinın başçısı Uilyam Kordero, Meksika səfirliyində sığınacaq alan eks-nazirlərinin təhvil verilməsini istəyir.

O, Meksika səfirliyinin nümayəndələrini Boliviya hökuməti ilə əməkdaşlıq etməyə çağıraraq diplomatik missiya ərazisində siğınacaq almış keçmiş hökumət nümayəndələrini təhvil verilməsini istəyib.

Məlumata görə, keçmiş baş nazir Xuan Kintana, keçmiş mədəniyyət naziri Vilm Alanoka, keçmiş ədliyyə naziri Ektor Arse və keçmiş müdafiə naziri Xavyer Savaleta hazırda Meksika səfirliyinin ərazisindədirlər. Keçmiş məmurlar üsyan və terrorçuluğa təhrik etməkdə şübhəli bilinirlər.

Daha əvvəl Meksika Xarici İşlər Nazirliyi Meksikanın Boliviyadakı səfirliyində həddindən artıq Boliviya kəşfiyyat və təhlükəsizlik xidmətləri nümayəndələrinin olması ilə bağlı narahatlığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti