...

Uruqvayda 4,4 ton kokain götürülüb

Dünya xəbərləri Materials 28 Dekabr 2019 06:32 (UTC +04:00)
Uruqvay hakimiyyət orqanları Montevideo limanında təxminən 1 milyard dollar dəyərində 4,4 ton kokain olan konteyner ələ keçirdiyini deyib
Uruqvayda 4,4 ton kokain götürülüb

Bakı. Trend:

Uruqvay hakimiyyət orqanları Montevideo limanında təxminən 1 milyard dollar dəyərində 4,4 ton kokain olan konteyner ələ keçirdiyini deyib.

Trend-in məlumatına görə, daha sonra Soriano departamentində başqa 1 ton narkotik vasitəsi götürülüb, hadisə yerində yük şirkətinin sahibləri saxlanılıb.

Uruqvay gömrüyün rəhbəri Hayme Borxi bildirib ki, söhbət ölkə tarixindəki ən böyük müsadirədən gedir.

Bildirilib ki, soya fasulyəsi olan qablarda ümumi kütləsi 4417,7 kiloqram olan sıxılmış kokain briketləri Afrikanın Toqonun paytaxtındakı Lome limanına göndərilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti