...

İran parlamenti ABŞ əleyhinə qərar qəbul etdi

Dünya xəbərləri Materials 7 Yanvar 2020 13:05 (UTC +04:00)
Qərar parlamentin bu gün keçirilən iclasında 233 deputatın iştirakı ilə qəbul olunub.
İran parlamenti ABŞ əleyhinə qərar qəbul etdi

Bakı. Elnur Bağışov - Trend:

İran parlamenti ABŞ əleyhinə üç oxunuşlu layihəni qəbul edib. Qərar parlamentin bu gün keçirilən iclasında 233 deputatın iştirakı ilə qəbul olunub.

Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.

Qərara əsasən, gələn 2 ay ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələrinə İranın Milli İnkişaf Fondundan 200 milyon avro dəyərində vəsait ayrılacaq.

Parlamentdə çıxış edən İran parlamentinin spikeri Əli Laricani bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun bütün üzvləri, onlara bağlı bütün qurumlar və şirkətlər terrorçu hesab olunurlar.

Ə.Laricani əlavə edib ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) və bu komandanlığın ixtiyarında olan bütün qüvvələr və təşkilatlar terrorçu hesab olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti