...

Parisdə nümayiş zamanı 16 polis yaralanıb

Dünya xəbərləri Materials 10 Yanvar 2020 00:37 (UTC +04:00)
Parisdə pensiya islahatına qarşı nümayişdə baş verən toqquşmalarda on altı polis yaralanıb
Parisdə nümayiş zamanı 16 polis yaralanıb

Bakı. Trend:

Parisdə pensiya islahatına qarşı nümayişdə baş verən toqquşmalarda on altı polis yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı bildirib.

Bildirlib ki, Müqəddəs Avqustin meydanı ərazisində polislə radikal etirazçılar arasında qarşıdurma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakşılarının dağıdılması zamanı xəsarət alıb.

Qeyd edilib ki, saat 18.00-a qədər 24 insan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti