Bakı. Trend:
ABŞ Senatı dekabrın 16-sı ABŞ, Meksika və Kanada arasında ticari sazişi (USMCA) təsdiqləyib.
Trend-in məlumatına görə, hazırda 89 senator sənədi dəstəkləyib, 9-u isə qarşı çıxıb.
Sənəd ABŞ Prezidenti Donald Trampa imzalanmaq üçün təqdim ediləcək. Amerika Birləşmiş Ştatları Prezidentinin baş müşaviri Kelien Konuey jurnalistlərə ("C-Span" tərəfindən yayımlanmışdır) Trampın tezliklə sazişi imzalamağa hazır olduğunu bildirib.
"NAFTA"nı əvəz edən "USMCA" sazişi üç ölkənin liderləri tərəfindən 2018-ci ilin noyabr ayında razılaşdırılıb, lakin daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilsə də, ABŞ Konqresi tərəfindən hələ də təsdiq edilməyib.
Şimali Amerika Azad Ticarət Sazişinin müddəalarına yenidən baxılması işləri 2017-ci ildə başlanıb və bir sıra qarşıdurmalarla müşayət olunub. Bura həmçinin ABŞ-ın Kanada və Meksikadan gələn mallara Donald Trampın administrasiyası tərəfindən tətbiq ediləcək rüsümlar xəbərdarlıqları da daxildir.
Yeni normaların qüvvəyə minməsi 2020-ci ilin iyun ayında gözlənilir.