...

Somalidə partlayış baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 18 Yanvar 2020 19:41 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda partlayış baş verib
Somalidə partlayış baş verib, ölən və yaralananlar var

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil türkiyəli işçilərin nahar etdiyi yerin yaxınlığında partladılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində bildirib ki, partlayış nəticəsində 6 Türkiyə vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 2-nin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti