...

İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro

Dünya xəbərləri Materials 21 Yanvar 2020 11:48 (UTC +04:00)
İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb
İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro

Bakı. Trend:

İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb.

Trend-in məlumatına görə, binaların satış qiyməti 1 avro təşkil edir.

Qeyd olunur ki, bu addıma səbəb qəsəbəyə marağın artırılmasıdır. Bununla belə, binaları alan şəxslər təmir işlərini öz vəsaitləri hesabına həyata keçirməlidir.

Son illərdə 4 min nəfərdən çox sakini olan Bizaçça qəsəbəsinin əhalisinin kəskin azalmaqda olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti