...

İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır

Dünya xəbərləri Materials 25 Yanvar 2020 08:49 (UTC +04:00)
Sorğuya dünyadan artıq 27 000 adam cavab göndərib
İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır

Bakı. Trend:

İrlandiyanın cənub-qərbində Kerri qraflığının sahillərində Qreys Blasket adası yerləşir. Mülk sahibləri Alisa Heyl və Billi Konor adaya çətin şəraitdə yaşaya bilən gözətçi və işçilər axtarır.

Trend-in məlumatına görə, nəzarətçilər apreldən oktyabra qədər adada balaca kafeni və 3 koteci idarə etməlidirlər.

Qreys Blasket adasında güclü küləklər olur, elektrik və isti su təminatı yoxdur. Soyuq su üçün isə bulağa getmək lazımdır.

İşin çətinliyinə və sahiblərin təəccübünə baxmayaraq, sorğuya dünyadan artıq 27 000 adam cavab göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti