...

Yaponiyada kruiz laynerində 10 nəfərdə koronavirus aşkar edilib

Dünya xəbərləri Materials 5 Fevral 2020 05:55 (UTC +04:00)
Yoluxanların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir
Yaponiyada kruiz laynerində 10 nəfərdə koronavirus aşkar edilib

Bakı. Trend:

Yapon həkimləri fevralın 3-dən Yokohama limanı yaxınlığındakı sularda olan "Diamond Princess" kruiz gəmisində 10 nəfərdə 2019-nCoV virusu aşkar ediblər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Naziri Katsunobo Kato Tokioda keçirilən mətbuat konfransında deyib: "Bütün sərnişinlər və ekipaj üzvləri tibbi müayinədən keçirilib. Yoluxmuş insanlarla təmasda və ya xəstəliyin əlamətləri olan 273 nəfər müayinə edilib. Hal-hazırda 31 nəfərin analiz nəticələri alınıb, onlardan 10-u müsbətdir."

Qeyd edək ki, layerin göyərtəsində 3700 sərnişin və ekipaj üzvü var.

K.Katonun sözlərinə görə, yoluxanların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.

Gəmi yanvarın 20-də Yokohamadan ayrılıb və fevralın 3-də geri dönüb.

Gəminin operatoru "Diamond Princess", mövcud vəziyyətlə əlaqədar gəmi reysinin dayandırıldığını elan edib. Yaponiyada koronavirusa yoluxma hallarının ümumi sayı 23-dür. Yaponiya səlahiyyətliləri bu siyahıya 10 yeni xəstəni hələ daxil etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti