...

Cənubi Koreyada daha bir nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 9 Fevral 2020 08:23 (UTC +04:00)
Cənubi Koreyada daha bir nəfər yeni növ koronavirusa yoluxub
Cənubi Koreyada daha bir nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Cənubi Koreyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ümumilkdə ölkə ərazisində yoluxma hallarının sayı 25-ə çatıb.

Bildirilir ki, yeni - 25-ci yoluxma halı 73 yaşlı qadında qeydə alınıb. Onunla bir evdə yaşayan şəxsin yaxın zamanda Çinin Quandun əyalətinə səfər etdiyi deyilir. Hazırda yeni növ koronavirusa yoluxan qadın karantinə yerləşdirilib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 811 nəfərə çatıb. 37,1 mindən artıq insan koronavirusa yoluxub, 2649 sağalıb və evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti