...

Koronavirus simptomları olan qadın həkimlərdən qaçdı

Dünya xəbərləri Materials 11 Fevral 2020 18:53 (UTC +04:00)
İspaniyanın Valyadolid şəhərində koronavirus simptonları olan sərxoş qadın həkimlərdən qaçıb
Koronavirus simptomları olan qadın həkimlərdən qaçdı

Bakı. Trend:

İspaniyanın Valyadolid şəhərində koronavirus simptomları olan sərxoş qadın həkimlərdən qaçıb.

Trend-in məlumatına görə, şəhərdə barların birində əməkdaşlar xəstəlik simptomları olan qadın barədə təcili yardıma məlumat veriblər.

Həkim hadisə yerinə gəldikdən sonra qadın yaranan qarışıqlıqdan istifadə edərək taksiyə minib və oradan uzaqlaşıb.

Bir müddət sonra qadın tapılıb və müayinə altına alınıb. Məlum olub ki, o, 10 gün əvvəl Şanxaydan İspaniyaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti