...

Misir arxeoloqları 80-dən çox qədim məzarlıqlar aşkar ediblər

Dünya xəbərləri Materials 13 Fevral 2020 08:11 (UTC +04:00)
Misir arxeoloji qrupu ölkənin şimalında Dakahliya vilayətində yerləşən Umm əl-Xaljan rayonunda qazıntılar zamanı 83 qədim məzarlıq tapıb
Misir arxeoloqları 80-dən çox qədim məzarlıqlar aşkar ediblər

Bakı. Trend:

Misir arxeoloji qrupu ölkənin şimalında Dakahliya vilayətində yerləşən Umm əl-Xaljan rayonunda qazıntılar zamanı 83 qədim məzarlıq tapıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Tarixi Abidələr Nazirliyi bildirib.

Qeyd edilib ki, aşkar edilmiş məzarlıqların 80-i eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aiddır.

Bildirilib ki, bu məzarlıqlar oval çuxurlar şəklində düzəldilmiş, onların içərisində gil tabutlar və müxtəlif əşyalar tapılmışdır.

Əlavə olunub ki, bu ərazidə gildən hazırlanmış tabutların olduğu daha çox qəbirlərin tapılmasını gözləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti