...

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 6 Mart 2020 17:28 (UTC +04:00)
Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib
Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Bakı. Trend:

Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid deyib.

Onun sözlərinə görə, Asuan-Luksor reysi üzrə hərəkət edən kruiz laynerində tayvanlı turist koronavirusa yoluxub. Bu məlumatdan sonra laynerdə olan misirlilər yoxlamadan keçirilib və onların 12-də virus aşkarlanıb.

Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib. Laynerdə olan digər şəxslər 14 günlük karantinə alınıb.

Qeyd edək ki, buna qədər Misirdə 3 yoluxma halı qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti