...

Dünyanın ən iri neft şirkəti hasilatı artıracaq

Dünya xəbərləri Materials 11 Mart 2020 19:32 (UTC +04:00)
Dünyanın ən iri neft şirkəti “Saudi Aramco” neft hasilatını sutkada 12 milyon bareldən 13 milyon barelədək artıracaq
Dünyanın ən iri neft şirkəti hasilatı artıracaq

Bakı. Trend:

Dünyanın ən iri neft şirkəti “Saudi Aramco” neft hasilatını sutkada 12 milyon bareldən 13 milyon barelədək artıracaq.

Trend-in məlumatına görə, şirkət bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən tapşırıq alıb.

Qeyd edək ki, ötən həftə OPEC+ sazişi ilə bağlı razılıq əldə olunmadığı üçün neft qiymətləri 25 faiz ucuzlaşıb. Səudiyyə Ərəbistanı öz növbəsində aprelin 1-dən başlayaraq neft hasilatını artıracağını və nefti 20 faiz ucuz satacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti