...

İraqın şimalında iki türk hərbçisi həlak olub

Dünya xəbərləri Materials 26 Mart 2020 03:25 (UTC +04:00)
İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının minaatanlardan hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha ikisi isə yaralanıb
İraqın şimalında iki türk hərbçisi həlak olub

Bakı. Trend:

İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının minaatanlardan hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, terrorçuların bu rayonda müəyyən edilən 4 mövqeyinə hava zərbələri endirilib.

Qeyd edilir ki, hava zərbələri nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti