...

İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Mart 2020 13:34 (UTC +04:00)
Təşkilatın sözçüsü M.Xaledinin sözlərinə görə, ümumilikdə 33 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.O əlavə edib ki, ölən, yaralanan və itkin düşənlərin 45 nəfəri 9 vilayətə aiddir.
İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

Ötən həftə İranın 5 vilayətində baş verən leysan yağışları və daşqınlar nəticəsində 19 nəfər ölüb.

Bu barədə Trendİranın Təcili Yardım Təşkilatının informasiya portalına istinadən məlumat verib.

Təşkilatın sözçüsü M.Xaledinin sözlərinə görə, ümumilikdə 33 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb. O əlavə edib ki, ölən, yaralanan və itkin düşənlərin 45 nəfəri 9 vilayətə aiddir.

Qeyd edək ki, ötən həftə İranın 13 vilayətində güclü leysan yağışları daşqınlarla nəticələnib və bir sıra infrastrukturlara ciddi şəkildə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti