...

Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq

Dünya xəbərləri Materials 1 Aprel 2020 11:10 (UTC +04:00)
Tailand hökuməti koronavirusla bağlı 1 aprel zarafatı edən şəxsləri həbs edə bilər
Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq

Bakı. Trend:

Tailand hökuməti koronavirusla bağlı 1 aprel zarafatı edən şəxsləri həbs edə bilər.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu elan edib.

Qeyd olunur ki, epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan olunub və bu şəraitdə internetdə və ya KİV-lərdə zarafat xarakterli məlumatların və ya dezinformasiyaların yayılması əhali arasında təşvişə səbəb ola bilər.

Prokurorluq bildirib ki, koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər 2 ilədək azadlıqdan məhrum edilə və 1300 dollaradək cərimələnə bilər.

Qeyd edək ki, bu günədək Tailandda 1 771 nəfər koronavirusa yoluxub, 12 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti