...

Kanadada koronavirusdan ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 13 Aprel 2020 06:25 (UTC +04:00)

Bakı. Trend:

Kanadada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 713 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "CTV" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 24,3 minə çatır, onlardan 7 mini artıq sağalıb. Ən çox ölüm halı Kvebek əyalətində qeydə alınıb - 289 nəfər.

Kanadanın Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, ölkədə koronavirusdna 674 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti