...

Gürcüstanda fövqəladə vəziyyət 1 ay uzadıldı

Dünya xəbərləri Materials 21 Aprel 2020 17:33 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılıb.

Trend-in məlumatına görə, bunu baş nazirin müşaviri, mətbuat katibi İrakli Çikovani deyib.

O bildirib ki, aprelin 27-dən başlayaraq bəzi məhdudiyyətlər, hərəkət məhdudiyyəti aradan qaldırılacaq.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılmışdı.

Ölkədə bu günədək 408 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti