...

"Telegraph": Boris Conson aprelin 27-də işə qayıtmağı planlaşdırır

Dünya xəbərləri Materials 24 Aprel 2020 04:27 (UTC +04:00)
"Telegraph": Boris Conson aprelin 27-də işə qayıtmağı planlaşdırır

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 27-dən vəzifələrinin icrasına qayıtmağı planlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Telegraph" qəzeti məlumat verir.

Bildirilir ki, baş nazir köməkçilərinə gələn həftə nazirlərlə fərdi görüşlər təşkil etməyi tapşırıb.

Qeyd edilir ki, B.Conson müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən xarici işlər naziri Dominik Raab ilə hər gün danışır, müşavirlərlə iclaslar keçirir və sənədlərlə tanış olur. B.Consonun gələn həftə hökumətin iclasına rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmuşdu. Aprelin 12-si B.Conson sağalaraq xəstəxanadan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti