...

İranda daha 96 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 27 Aprel 2020 13:50 (UTC +04:00)
İranda daha 96 nəfər koronavirusdan ölüb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində 96 nəfər koronavirusdan (COVID19) ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə İranda koronavirusdan ölənlərin sayı 5 806 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ötən sutka ərzində daha 991 nəfərin koronavirusa yoluxması təsdiqlənib. Beləliklə İranda 19 fevraldan bu günədək (27 aprel) koronavirusa yoluxanların sayı 91 472 nəfərə çatıb. Onlardan 3 011 nəfərinin vəziyyəti ağırdır.

Cahanpur İranda indiyədək 70 933 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 432 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti