...

Ermənistanda koronavirusa yoluxanların sayı 4 min nəfəri keçdi

Dünya xəbərləri Materials 15 May 2020 11:03 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 4 min nəfəri keçdi

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 4 044 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 184 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 52 nəfər koronavirusun qurbanı olub, 2 304 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti