...

Çində son sutkada 7 koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 18 May 2020 06:45 (UTC +04:00)
Çində son sutkada 7 koronavirusa yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması və 18 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, 7 yeni yoluxma faktından 4-ü xaricdən gələnlərdə Daxili Monqoliyada, 3-ü isə ölkənin daxilində (Tzilin və Şanxay əyalətləri) qeydə alınıb.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 16-u ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Hazırda 448 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 954 nəfərə çatıb, 78 min nəfərdən çox müalicə olunaraq tibb müəssisələrindən evə buraxılıb. ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti