...

Antalyada bir sıra küçələr karantinə bağlanıb

Dünya xəbərləri Materials 22 May 2020 07:22 (UTC +04:00)
Antalyada bir sıra küçələr karantinə bağlanıb

Bakı. Trend:

Türkiyənin Antalya vilayətinin Serik rayonunda 15 küçə karantinə bağlanılıb.

Trend-in məlumatına görə, bu tədbirlər ərazidə yaşayan 12 nəfərdə koronavirusun aşkar edilməsi ilə əlaqədardır.

Saat 00:00-dan etibarən polis və zabitlər bu küçələrin giriş və çıxışlarını dəmir baryerlərlə bağlayıblar.

Koronavirus aşkar edilən şəxslər Serik Dövlət Xəstəxanasında müalicələrini davam etdirir. Test nəticələri hələ məlum olmayan yeddi nəfər nəzarət altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti