...

ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb

Dünya xəbərləri Materials 26 May 2020 11:43 (UTC +04:00)
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb

Bakı. Trend:

Hidroksixlorokin adlı malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqdan keçirilməsi dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd olunur ki, bir neçə ölkədə keçirilən sınaqlar müvəqqəti olaraq dayandırılıb.

Bəzi araşdırmalar nəticəsində müəyyən olub ki, hidroksixlorokin xəstələrin COVID-19 infeksiyasından ölüm riskini daha da artırır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxmamaq üçün hidroksixlorokin qəbul etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti