...

Çində məktəblilərə hücum - 40 yaralı

Dünya xəbərləri Materials 4 İyun 2020 11:33 (UTC +04:00)
Çində məktəblilərə hücum - 40 yaralı

Bakı. Trend:

Çinin cənubundakı Uçjou şəhərində bıçaqla silahlanmış şəxs məktəblilərə hücum edib.

Trend-in məlumatına görə, hücum zamanı 40 nəfər xəsarət alıb.

Yaralılar arasında məktəbin direktoru da var. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu törədən şəxs məktəbin mühafizəçisi olub.

Hazırda həmin şəxs saxlanılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Yaralılardan 3 nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti