...

İsraildə koronavirusdan ölənlərin sayı 300-ə yaxınlaşıb

Dünya xəbərləri Materials 8 İyun 2020 06:50 (UTC +04:00)
İsraildə koronavirusdan ölənlərin sayı 300-ə yaxınlaşıb

Bakı. Trend:

İsraildə yeni növ koronavirusa yoluxanların sayı 17 863 nəfərə çatıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 298 nəfəri dünyasını dəyişib, 15 091 nəfər isə sağalaraq evə buraxılıb.

Bildirilir ki, hazırda koronavirusdan müalicəsini davam etdirənlərdən 27 nəfərinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti