Bakı. Trend:
Venesuela prezidenti Nikolas Maduro Rusiya, Çin, İran və Kubanı ölkəsinin əsl dostları hesab edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu N.Maduro ölkənin paytaxtı Karakasda çıxışı zamanı deyib.
N.Maduro bildirib: "Humanitar yardım Çin, Rusiya, İran və Kubadan gəlir. Onlar əsl dostlardır".
Venesuela prezidenti xatırladıb ki, ABŞ 20 milyon dollar yardım təklif edib: "Bir dollar da gəlmədi".