...

Rusiyada koronavirusa yoluxanların sayı 545 mini keçdi

Dünya xəbərləri Materials 16 İyun 2020 12:03 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 248 nəfər virusa yoluxub, 193 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 545 458 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 284 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 294 306 nəfər virusdan sağalıb, 243 868 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti